Qadin.NET / Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu ötdü

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı on milyonu ötüb. 

Qadin.Net bildirir ki, dünyada bu infeksiya daşıyıcılarının sayı 10 086 925 nəfərdir. 

Koronavirus qurbanlarının ümumi sayı isə 501 393 nəfərdir.

Yoluxanların sayına görə hazırda ABŞ liderdir. Bu ölkədə 2 577 526 nəfər koronavirus daşıyıcısı qeydə alınıb. Sonrakı yerləri isə Braziliya və Rusiya bölüşür. 

Koronavirusdan indiyə qədər müalicə alıb sağalanların sayı isə 5 414 646 nəfərdir. 

28 iyun 2020
GO BACK