Qadin.NET / Bu şəxslər sizi koronavirusa YOLUXDURA BİLƏR

Bu şəxslər sizi koronavirusa YOLUXDURA BİLƏR

"Test nəticəsi neqativ olan, amma ağciyərlərdə buzlu şüşə effekti yaranan şəxslərin yoluxdurma ehtimalı var."

Qadin.Net xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev "Real İntervyu"nun qonağı olarkən deyib.

"Bu şəxslər də Covid-19 xəstələri kimi ətrafdakılar üçün təhlükəli hesab olunur. Bu şəxslər ev şəraitində izolyasiya oluna bilməz. Buzlu şüşə sindromu varsa, onlar mütləq xəstəxana şəraitində müşahidə altında olmalıdırlar. Ev şəraitində izolyasiya olunanlar yüngül, buzlu şüşə simptomu olmayan xəstələrdir", deyə C.İsayev qeyd edib.

27 iyun 2020
GO BACK