Qadin.NET / Məşhur aktrisa pişiklərinə görə döyüldü

Məşhur aktrisa pişiklərinə görə döyüldü

Aktrisa Hülya Şen yaşadığı binanın mühafizəçisindən polisə şikayət edib.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, sənətçi mühafizəçinin evində pişik saxladığı üçün onu döydüyünü iddia edib.

52 yaşlı Hülya İstanbulun Beşiktaş səmtindəki evinin qapısının aprelin 6-da döyüldüyünü bildirib. Şenin iddiasına görə üst qonşusu və bina idarəçisi olan Yasemin M. qapısının qabağında saxladığı pişikləri yığışdırmasını istəyiblər. O, heyvanlara görə binadan pis iy gldiyini bildiriblər. Sonra tərəflər arasında mübahisə çıxıb.

Şen davanı telefonuna çəkən zaman idarəçi əsəbiləşib və aktrisanı döyməyə başlayıb.

Mühafizəçi ifadəsində aktrisaya koronavirus infeksiyasına görə pişiklərin binadan uzaqlaşdırılmasını təklif etdiyini deyib.

27 iyun 2020
GO BACK