Qadin.NET / Azərbaycanda daha 6 nəfər koronavirusdan öldü: 521 yeni yoluxma - RƏSMİ

Azərbaycanda daha 6 nəfər koronavirusdan öldü: 521 yeni yoluxma - RƏSMİ

Azərbaycanda 521 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Qadin.Net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 15 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib, 6978 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 5646 koronavirus testi aparılıb.

27 iyun 2020
GO BACK