Azərbaycanda koronavirus (COVID-19) xəstələrinin evdə müalicəsinə dair sənəd hazırlanıb.
Qadin.Net-in məlumatına görə, “Evdə müşahidə edilməyə dair iltizam” sənədi şəxsdən analiz götürülən vaxtdan etibarən imzalanır.
Sənədə əsasən, xüsusi karantin rejimini pozan şəxslər İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.