Qadin.NET / Dünyada ilk dəfə robot filmdə baş rola çəkiləcək - FOTO

Dünyada ilk dəfə robot filmdə baş rola çəkiləcək - FOTO

“Erik” adlandırılan süni intellektə malik robot “B” elmi-fantastik döyüş filmində baş rola çəkilir.

Qadin.Net bildirir ki, “The Hollywood Reporter” xəbər verir ki, bu, kino aləmində ilk belə faktdır.

Filmin süjetinə əsasən, insan DNT-sini təkmilləşdirən alim “Erik” robotunun laboratoriyadan qaçmasına kömək edir.

Çəkilişlərə 2021-ci ilin yay aylarında başlanılacaq. Ekran əsrinin büdcəsi 70 milyon dollar təşkil edir.

Qeyd edək ki, süni intellektə malik “Erik” robotu yaponiyalı alimlər Xirosi İsiquro və Kohey Oqava tərəfindən yaradılıb.

27 iyun 2020
GO BACK