Qadin.NET / Koronavirusun daha 4 simptomu aşkarlandı - VİDEO

Koronavirusun daha 4 simptomu aşkarlandı - VİDEO

Koronavirusun 4 yeni simptomu müəyyən edilib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın İnfeksion Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

Koronavirusun bilinən qızdırma, quru öskürək, tənəffüs çatışmazlığı kimi əlamətlərinə halsızlıq, ishal, burunda tıxanıqlıq və ya burun axıntısı və ürəkbulanma daxil olub.

Beləliklə, 10 milyona yaxın insana yoluxan SARS-CoV-2 virusunun müəyyən edilən 11 simptomu mərkəzin internet saytında siyahı şəklində yer alıb.

Siyahı belədir: qızdırma, quru öskürək, tənəffüs çatışmazlığı, əzələ və ya bədən ağrısı, baş ağrısı, qoxu və dadbilmə qabiliyyətinin itməsi, boğaz ağrısı, burunda tıxanıqlıq və ya burun axıntısı və ürəkbulanma, ishal, qusma.

26 iyun 2020
GO BACK