Yeni Zelandiyanın Oklend şəhərinin sakini Tanya Vayt doqquz ay ərzində 37 kiloqram arıqlamağının sirlərini açıqlayıb.
Qadin.Net bildirir ki, onun hekayəsini “Stuff” nəşri dərc edib.
99 kiloqram çəkiyə malik olan 34 yaşlı T.Vayt artıq çəkidən və piylənmədən əziyyət çəkib.
Qadın etiraf edir ki, həyatında baş verən stresli hadisələrdən sonra qida qəbuluna nəzarət edə bilməyib.
Əvvəl ona rəfiqəsi ilə xəyanət edən sevgilisindən zərbə alan qadın, keçmişdə münasibətdə olduğu kişidən dünyaya gətirdiyi uşaqlardan ayrı yaşamasını da qəbul edə bilməyib.
Bütün bunlar azmış kimi, onu böyüdən babasının vəfatı və işini itirməsi qadının əsəb sisteminin sıradan çıxması ilə nəticələnib.
İnsanlarla ünsiyyətini kəsən T.Vayt mütəmadi olaraq şərab içib və qidasına nəzarət etməyib.
Günlərin birində özünə paltar almaq qərarına gələn qadın ölçülərinə uyğun geyim dəsti tapmaqda çətinlik çəkib.
Qohumları ona psixoloqa müraciət etməyi məsləhət görüblər. Bunun sayəsində qadın özünə qarşı laqeydlikdən qurtula bilib. Pəhrizinə diqqət edən T.Vayt, mütəmadi təmiz havada olmağa və qaçmağa başlayıb.
Doqquz aydan sonra o, çəkisini hədəf etdiyi 62 kiloqrama qədər aşağı salmağı bacarıb.
T.Vayt uğurunun sirrini problemlərdə ilişib qalmamaqda, kədərlənəndə isə pizza və şərab sifariş etmək əvəzinə, dərhal idman paltarını geyinib təmiz havada qaçmaqda görür.
T.Vayt bildirib ki, hazırda qarşısına marafon məsafəsini qaçmaq məqsədini qoyub və hədəfinə çatacağına inanır.