Qadin.NET / Mayli Sayrus müsahibəsi ilə hər kəsi təəccübləndirdi

Mayli Sayrus müsahibəsi ilə hər kəsi təəccübləndirdi

Dünyaca məşhur müğənni Mayli Sayrus “Variety” nəşrinə müsahibə verib.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 27 yaşlı sənətçi pandemiya dövründə özünə daha çox vaxt ayırdığını bildirib:

“Ötən 4 ay ərzində iki dəfə başımı yumuşam. Bir dəfə sizə verdiyim müsahibəyə görə, ikincisi isə Elton Conun onlayn konserti naminə. Saçlarım tökülməyib. Karantin müddətində bədənimə böyük diqqətlə yanaşıram. Artıq yarım ildir ki, spirtli içki içmirəm və narkotik maddələrdən istifadə etmirəm. Düzdür, çətin olur, amma nəfsimə qalib gəlməyi bacarıram”.

26 iyun 2020
GO BACK