“Virus bu gün ailə-ailə yayılır və artım dinamikası müşahidə edilir”.
Qadin.Net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, son dövrlər yoluxma hallarının kollektiv arasında, ailələr arasında baş verdiyinin şahidi oluruq:
“Əvvəllər biz digər ölkələrdən Azərbaycana gələn şəxsləri karantinə alıb, yoxlamalardan keçirirdik. Bununla yoluxmanın ölkə daxilində yayılmasının qarşısını almağa çalışırdıq. Yoluxma sayının az olmasının səbəbi bununla bağlı idi. Təəssüf ki, bu gün yoluxmalar ölkə daxilində geniş yayılıb. Bu virus insandan insana keçir”.