“Heç bir halda bütün vəziyyətləri əhatə edərək, qaydalar hazırlana bilməz”.
Qadin.Net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib
O bildirib ki, insanlar hər şeyi qayda çərçivəsində etməlidir:
“Vətəndaşlar maskalardan istifadə, karantin qaydalarına riayət olunması ilə bağlı tövsiyələri dərk etməlidirlər.
Maskanı taxmaqda məqsəd nədir? Məqsəd özümüzü, ailəmizi, anamızı, atamızı və onların timsalında hər kəsi qorumaqdır. Bunu insan özü etməli və digərlərinə də aşımalıdır”.
O əlavə edib ki, insan fərdi qaydada nəyi edib-etməməklə bağlı özü qərar verməlidir:
“Mütaliə edin, məlumat toplayın. Etibarlı mənbələrdən bu pandemiya ilə bağlı lazımi məlumatları əldə edin və onlara uyğun addım atın”.