Qadin.NET / TƏBİB-dən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ

TƏBİB-dən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ

“Qaydalara riayət edilməsə, sərtləşməyə gediləcək”. 

Qadin.Net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, insanlar ərzaq almağa gedəndə belə, maskalardan istifadə etməlidirlər:

“SMS icazə ilə küçəyə çıxan vətəndaş karantin qaydalarına riayət etməlidir.

Sərtləşmə ilə bağlı məsələyə operativ qərargah münasibət bildirəcək. Lakin yoluxma sayında artım olarsa, qaydalara riayət edilməzsə, arzu olunmasa da, sərtləşməyə gedilə bilər”.

25 iyun 2020
GO BACK