Qadin.NET / BMT rəsmisi: “Təcrid məsələsi ciddi narahatlıq doğurur”

BMT rəsmisi: “Təcrid məsələsi ciddi narahatlıq doğurur”

“Həm Azərbaycanda, həm də digər ölkələrdə təcrid məsələsi ciddi narahatlıq doğurur”.

Qadin.Net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib. 

O bildirib ki, bu, kiçik sahibkarlara da problem yaradır:

“Amma başa düşmək lazımdır ki, virusa qalib gəlməsək, iqtisadiyyatın bərpası mümkün olmayacaq. İnsanlar işə getmək istəyir, təcrid olunma hallarından sıxılır. Lakin bu, müvəqqətidir”.

Onun sözlərinə görə, BMT pandemiya ilə mübarizə çərçivəsində Azərbaycanın yanındadır:

“Biz Azərbaycanın müvafiq qurumları - TƏBİB, Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Bunun səbəbi isə ÜST tərəfindən pandemiya ilə bağlı ayrılan texniki dəstəkdən Azərbaycanın da yararlana bilməsidir”.

25 iyun 2020
GO BACK