“Baxmayaraq ki, küçəyə çıxma qadağası var, bəzi vətəndaşlar arxa küçələrdə toplaşaraq, karantin qaydalarını pozur”.
Qadin.Net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, yaşından asılı olmayaraq, xəstəliyin ciddiliyini dərk etmək lazımdır:
“Bəzi böyüklər var ki, test nəticələri neqativ çıxır. Ancaq azyaşlılar arasında test nəticəsi pozitiv çıxanlar müşahidə edilir. Bu da yaşlıların xəstəliyin potensial daşıyıcısı olmasını göstərir”.