Qadin.NET / Seda Sayan gəncliyinin sirrini bölüşdü-FOTO

Seda Sayan gəncliyinin sirrini bölüşdü-FOTO

Müğənni Seda Sayan koronavirüs infeksiyasına görə 4 aydır Muğlanın Milas bölgəsində yaşayır.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ifaçı hər zaman görünüşü ilə diqqət çəkib. Müğənninin sosial şəbəkədə paylaşdığı fotolarda ona ən çox ünvanlanan sual da necə cavan qalması ilə bağlı olub.

Sayan Bodrumda verəcəyi konsertdən əvvəl yaxta ilə dəniz gəzintisinə çıxıb, yorğunluq atıb. Bol enerji yığan sənətçi pilateslə məşğul olduğunu və üz yoqası etdiyini açıqlayıb.

25 iyun 2020
GO BACK