Aktrisa-aparıcı Hülya Avşar sürücüsü Nevzat Demirkırana heç bir təzminat ödəmədən işdən qovub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, sənətçiyə 20 ildir xidmət edən Demirkıran "Arxamdan xəncər vurdular. Məhkəmədə görüşərik" deyərək hədə-qorxu gəlib.
Ötən il işdən qovulan sürücü məhkəməyə müraciət edib. Demirkıran "Bu günə qədər heç kimin malına əl uzatmadım. Haqqımı halal etmirəm. Avşarın 6-7 ildir işi yoxdur. Qızı Zəhra sürücülük vəsiqəsi alandan sonra mənə ehtiyacı qalmadı. Sentyabrda məhkəmənin ilk iclası olacaq" sözlərini deyib.