Türkiyəli müğənni Alişanın başına iş gəlib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, sənətçi həyat yoldaşı, aktrisa Buse Varol və 2 yaşlı oğlu Ali ilə avtomobil qəzası keçirib.
Fırlanaraq 30 metr məsafədə sürünən avtomobildə ailə ciddi xəsarət almayıb.
Hazırda vəziyyətlərinin yaxşı olduğunu deyən Alişan qəza barədə açıqlama verib:
“Böyük şok yaşadıq, ölümdən qayıtdıq. Həyatımda ilk dəfə qəza keçirirəm, verilmiş sədəqəmiz var imiş. Sonra gördük ki, avtomobilin körpüsü qopub. Necə baş verdiyinə təəccüblənirəm”.