Qadin.NET / Acun Ilıcalı Şeyma Subaşı ilə barışdı?-FOTO

Acun Ilıcalı Şeyma Subaşı ilə barışdı?-FOTO

TV8-in rəhbəri Acun Ilıcalı keçmiş arvadı Şeyma Subaşı ilə birlikdə görüntülənib.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, qızı Melisa ilə Bodrumda dincələn Şeyma Acunla bir araya gələrək, şam yeməyi yeyib.

Sevgilisi Quido Senia ölkəsinə getdiyi üçün qızı ilə daha çox vaxt keçirən Subaşı tətil üçün Bodrumu seçib. Uzun müddətdir Dominikanda olan Acun da Bodruma dincəlməyə yollanıb. Cütlüyün birlikdə olduğu restorandakı müştərilərin çəkib paylaşdığı görüntülərlə ortaya çıxıb.

Qeyd edək ki, Acun və Şeyma illərlə sevgili qalmış, evlənəndən 15 ay sonra boşanmışdı.

24 iyun 2020
GO BACK