Moskvanın Qızıl Meydanında faşizm üzərində qələbənin 75 illiyinə həsr olunan Qələbə Paradı keçirilir.
Qadin.Net bildiirr ki, Apa-nın Moskva müxbirinin məlumatına görə, paradda Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev, Serbiya Prezidenti Aleksandr Vuçiç, Bosniya və Herseqovina, Moldova, Qazaxıstan, Qırğızıstan və Tacikistanın liderləri iştirak edirlər.
Almaniya, Fransa, eyni zamanda ABŞ Qələbə Paradında səfirlər səviyyəsində təmsil olunur.
Azərbaycanı isə paradda Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
13 mindən çox hərbçi, 234 döyüş texnikasının iştirak etdiyi paradı Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu qəbul edib.
Rusiya istehsalı olan "Aurus" markalı kabrioletdə paradı qəbul edən müdafiə naziri Ali Baş Komandana, Prezident Vladimir Putinə bütün növ qoşunların parada hazır olduğu barədə məruzə edib.
Rusiya Prezidenti Vladimir Putin parad başlamazdan əvvəl çıxış edib.
İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.