Son günlər bir çox valideynlər körpələri üçün alıb, istifadə etdikləri bezlərdən şikayətlənir.
Analar övladlarının gigiyenik tələbatını ödəmək üçün bundan gündəlik istifadə edirlər. Amma bəzi hallarda uşaq bezlərinin körpələrdə problem yaratması onları narahat edir. Həkimlər isə bezdən tez-tez istifadə etməyi məsləhət görmürlər.
Bildirilir ki, körpələrin dərisi 2-3 yaşından formalaşmağa başlayır. Bu dövrə qədər dəri həssas olur. Bu dövrdə körpələrin bezsiz saxlanılması tövsiyə edilir. Çünki sintetik materialdan hazırlanmış məhsullar körpə dərisini qıcıqlandıra bilər. Mütəxəssislər bez islanarkən dərini quru saxlamaq qabiliyyətinə malik olması fikri ilə də razılaşmırlar. Onlar hesab edirlər ki, bez dəridə problem yaradırsa, deməli, tərkibində kimyəvi maddələr var.
Qadin.Net bildirir ki, məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramı maraqlı süjet hazırlayıb: