Qadin.NET / Builki Həcc ziyarəti ləğv edildi

Builki Həcc ziyarəti ləğv edildi

Səudiyyə Ərəbistanı xaricdən gələn zəvvarlar üçün builki Həcc ziyarətini ləğv edib.

Qadin.Net TASS-a istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Bildirilib ki, sözügedən ölkə yeni növ koronavirus pandemiyası səbəbindən bu il xarici ölkələrdən gələcəyi nəzərdə tutulan zəvvarlar üçün İslamın müqəddəs yerləri Məkkə və Mədinəyə Həcc ziyarətini ləğv edib.

"Həcc ölkədə yaşayan müxtəlif millətlərdən olan çox məhdud sayda zəvvarın iştirakı ilə keçiriləcək", - deyə məlumatda qeyd olunub.

23 iyun 2020
GO BACK