Qadin.NET / Castin Biberin adı təcavüz qalmaqalında

Castin Biberin adı təcavüz qalmaqalında

Daniella adlı bir qadın məşhur müğənni Castin Biberin ona təcavüz etdiyini yazdığı paylaşımı ilə səs-küyə səbəb olub.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, hadisənin 2014-cü il martın 9-da baş verdiyini söyləyib.

Otel adına qədər bütün amilləri yazan Daniellanın profili bir müddət sonra bağlanıb. Səhəri gün isə Biber iddiaların yalan olduğunu açıqlayıb. O, həmin tarixdə oteldə olmadığını, sübutlarının belə olduğunu vurğulayıb.

Daniella "Dostlarımızla əylənirdik. Daha sonra bir adam yanımıza yaxınlaşdı, Castin Biberlə tanış olmağı istəyib-istəmədiyimi soruşdu. "Bəli" deyib, qəbul etdik" deyə, paylaşımında yazıb.

O əlavə edib ki, castin ondan bu görüşü sirr saxlamasını istəyib:

"Dedi ki, əgər kiməsə desəm, məni polisə şikayət edəcək. Sonra məni yatağına dəvət etdi. Daha sonra huşumu itirdim. Mənə təcavüz edib".

22 iyun 2020
GO BACK