Qadin.NET / Şeron Stounu ildırım vurdu

Şeron Stounu ildırım vurdu

Hollivud ulduzu Şeron Stounu ildırım vurub.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, hadisə aktrisa ütüsünə quyudan su doldurarkən baş verib.

"Məni ildırım elə vurdu ki... Bu, gerçəkdən dəhşət idi. Həyətimdə su quyusu var. Ütüyə su doldurmağa çıxdım. Quyuya ildırım düşdü və sudan elektrik gəldi. Yerdən məni göyə qaldırıb soyuducuya çırpdı" deyə, 62 yaşlı sənətçi bildirib.

Stoun bildirib ki, həmin an huşunu itirib:

"Anam evdə idi, üzümə sillə vuraraq məni özümə gətirdi. O qədər qəribə bir hiss idi ki, sözlə ifadə edə bilmirəm. Təcili avtomobilə minib, xəstəxanaya getdim. Elektrokardioqram edildi, o da bədənimdəki elektriki göstərirdi".

21 iyun 2020
GO BACK