Qadin.NET / Kaya Çilingiroğlu Hülya Avşardan danışdı

Kaya Çilingiroğlu Hülya Avşardan danışdı

Kaya Çilingiroğlunun karantin ərəfəsini keçmiş aktrisa arvadı və qızının anası Hülya Avşarla keçirməsi onların yenidən sevgili olduqları dedi-qodularının yaranmasına səbəb olub.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Bodrumda oğlu Kaya ilə tətildə olan Çilingiroğlu jurnalistlərə açıqlama verib.

Karantində tez-tez Hülya ilə fotolar paylaşması məsələsinə o, "Yenidən evlənmək kimi bir hal yoxdur. Heç evində də qalmadım. Gedib-gəlirəm. Ora da mənim evim sayılır. Təkrar evlənməyimiz mümkün deyil. Orada qalsam belə kimə nə? Hülya zarafatçıl bir qadındır. İnsanları təəccübləndirməyi sevir. O artıq Hülya Çilingiroğlu olub (gülür). Həyatdakı ən yaxşı dostumdur" sözləri ilə reaksiya verib.

21 iyun 2020
GO BACK