Qadin.NET / Bu şəxslər SMS icazə ala bilməyəcəklər

Bu şəxslər SMS icazə ala bilməyəcəklər

"Evdə müalicəsi tövsiyə olunan və özünütəcrid rejimində olan şəxslərin SMS icazə sistemindən istifadəsi mümkün olmayacaq".

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, həmin şəxslərin küçəyə çıxmasına icazə verilməyəcək:

"Çünki onlar evdə müalicə alırlar və hansı ki, onlar özünütəcrid rejimindədirlər. Həmin şəxslərin siyahısı TƏBİB tərəfindən bizə təqdim edilib. Onlar SMS yazsa belə, onlara cavab mənfi olacaq".

21 iyun 2020
GO BACK