Qadin.NET / Koronavirus haqqında bildiklərimizi alt-üst edən ARAŞDIRMA

Koronavirus haqqında bildiklərimizi alt-üst edən ARAŞDIRMA

ABŞ-da aparılan araşdırmada simptomları olmayan yeni tip koronavirus xəstələrinin bədənləri tərəfindən istehsal edilən antikorların 3 ay ərzində yox olduğu ortaya çıxıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, tədqiqatın 37 nəfər üzərində aparıldığını deyən mütəxəssislər antikorların "immunitet zəmanəti" hesab edilmədiyini və COVID-19-dan sağalanların yenidən yoluxma şansının olduğunu müəyyən ediblər.

"Nature Medicine" jurnalında yayımlanan araşdırma hesabatında koronavirus simptomları olan insanların 13 faizində antikor miqdarının gözlənilməz səviyyəyə endiyi də qeyd edilib.

20 iyun 2020
GO BACK