Qadin.NET / Rayonlara getmək üçün sürücülərin istifadə etdiyi torpaq yollar qazıldı

Rayonlara getmək üçün sürücülərin istifadə etdiyi torpaq yollar qazıldı

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları müvafiq icazəsi olmadan torpaq yolla rayon və əks istiqamətdə hərəkət etmək istəyən şəxslərin qarşısının alınması üçün tədbirlər görüb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, polis əməkdaşları Bakı-Quba yolunun 52-ci kilometrliyində qurulmuş nəzarət postunun ətrafından torpaq yolla keçmək istəyənlərin qarşısını tam şəkildə alıb, torpaq yollar qazılıb, karantin qaydasını pozanlara qarşı inzibati qaydada protokol tərtib olunub.

20 iyun 2020
GO BACK