Qadin.NET / Qəbul imtahanları onlayn keçirilə bilər? - RƏSMİ AÇIQLAMA

Qəbul imtahanları onlayn keçirilə bilər? - RƏSMİ AÇIQLAMA

“Qəbul imtahanlarının onlayn keçirilməsi mümkün deyil”.

Qadin.Net-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, belə kütləvi imtahanın bir gündə keçirilməsi qeyri-mümkündür:

“Qəbul imtahanları xüsusi bir yer üçün imtahan deyil ki, orada adam sayı az ola və onlayn keçirilə. Belə kütləvi imtahanın keçirilməsi üçün gərək dəfələrlə ölkəni sınaq imtahanına cəlb edəydik.

Biz istəyirik ki, onlayn sınaq imtahanları davamlı keçirilsin və şagirdlərdə bununla bağlı vərdişlər yaransın”.

O qeyd edib ki, sentyabr ayından başlayaraq mütəmadi olaraq bütün fənlərdən onlayn sınaq imtahanları keçiriləcək:

“Amma bu imtahanlara 10 min nəfərə kimi şagird qoşula bilər. 20 min nəfərin qoşulması kifayət qədər texniki problem yaradar. Bunlar çox ciddi məsələlərdir.

Onlayn imtahan o demək deyil ki, kimsə şagirdi sorğu-suala tutsun və qiymətini yazsın. Burada ədalət prinsipi necə təmin olunacaq?”

20 iyun 2020
GO BACK