Qadin.NET / Yaqut Qarayeva: “Koronavirusa yoluxanları ziyarət edənlər var”

Yaqut Qarayeva: “Koronavirusa yoluxanları ziyarət edənlər var”

“Bu gün koronavirusa yoluxan xəstələr utanıb-çəkinməməlidirlər”. 

Qadin.Net xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, 39-40 temperaturu olan şəxslər bu virusa yoluxmağı ayıb hesab edərək, onu qohum-qonşudan gizlətməyə çalışırlar:

“COVID-19 yeni və çox ağır gedişatlı xəstəlikdir. Burada utanmalı heç nə yoxdur. Bu virusa hər kəs yoluxa bilər. Biz xəstəxanadan evə yola saldığımız şəxsə 21 gün işə çıxmamağı tövsiyə edirik.

Xalqımızın xəstəyə baş çəkmək adəti var. Bir müddət bu adətimizi yığışdırmalıyıq. Hətta rayonlardan da COVID-19-a yoluxduğunu bilib, xəstə yanına gələn insanlar olub”.

20 iyun 2020
GO BACK