Qadin.NET / SMS icazə olmadan evi tərk edənlər cəzalandırılacaq - RƏSMİ

SMS icazə olmadan evi tərk edənlər cəzalandırılacaq - RƏSMİ

“Sərt karantin günlərində icazəsiz evi tərk edən şəxslər məsuliyyətə cəlb olunacaq”.  

Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, SMS icazəyə müsbət cavab almadan yaşadıqları ərazini tərk edən şəxslər məsuliyyətə cəlb olunacaqlar:

Onun sözlərinə görə, vətəndaş evdən çıxarkən icazəsi olmalıdır: 

“SMS icazəni karantin postuna çatanda almamalıdırlar. Əks halda həmin şəxslər məsuliyyətə cəlb olunacaq. Çünki əgər karantin postlarında polisə SMS icazəni təqdim edə bilməyən şəxslər karantin qaydalarını pozmuş hesab ediləcək”.

20 iyun 2020
GO BACK