Qadin.NET / Yol polisindən taksilərin fəaliyyəti ilə bağlı AÇIQLAMA

Yol polisindən taksilərin fəaliyyəti ilə bağlı AÇIQLAMA

“Taksilərin fəaliyyətinə icazə verilib”. 

Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, taksilərin fəaliyyəti zamanı mütləq riayət edilməli normalar var:

“Avtomobildə şəffaf arakəsmələr olmalıdır. Sərnişinlərin sayı iki nəfərdən artıq ola bilməz. Eləcə də, sərnişinlər və sürücülər tibbi maskadan mütləq istifadə etməlidirlər”.

20 iyun 2020
GO BACK