Qadin.NET / SMS icazə ilə yaxın qohumun dəfninə getmək mümkün olmayacaq - RƏSMİ

SMS icazə ilə yaxın qohumun dəfninə getmək mümkün olmayacaq - RƏSMİ

“Ötən dövrdən fərqli olaraq, bu dəfə SMS icazə ilə yaxın qohumun dəfninə getmək mümkün olmayacaq”.  

Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, bununla bağlı vətəndaşlar Daxili İşlər Nazirliyinin çağrı mərkəzinə zəng etməklə icazə ala bilərlər.

20 iyun 2020
GO BACK