Qadin.NET / Sərt karantin dövründə iki saatdan çox vaxt sərf edənlər... - RƏSMİ

Sərt karantin dövründə iki saatdan çox vaxt sərf edənlər... - RƏSMİ

“Sərt karantin dövründə həkimə gedənlər iki saat vaxtları olduğunu nəzərə almalıdırlar”. 

Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, SMS (8103) icazə sistemi yalnız zəruri olduğu halda yaşayış yerini tərk etmək üçün nəzərdə tutulur:

“Xüsusilə tibb müəssisəsinə getmək üçün icazə iki saat olur. Əgər tibb müəssisəsində olma müddəti iki saatı keçirsə, bu halda vətəndaşlar həmin müəssisədən arayış almalı və evə qayıdarkən həmin sənədi polis əməkdaşlarına təqdim etməlidirlər:

“Hansısa müəssisədə xidmət almağa gedirlərsə və bu xidmət vaxtı iki saatı keçirsə, vətəndaş həmin müəssisədən arayış almalıdır”.  

O qeyd edib ki, vətəndaşlar ehtiyac olmadığı halda evdən çıxmamalıdırlar.

20 iyun 2020
GO BACK