Qadin.NET / Toyda iştirak edən 250 nəfər KARANTİNƏ ALINDI - VİDEO

Toyda iştirak edən 250 nəfər KARANTİNƏ ALINDI - VİDEO

Özbəkistanda qırmızı zonaya daxil olan, müxtəlif şənliklərin keçirilməsinin qadağan olunduğu Surxandərya vilayətində sanitar-gigiyena normalarına əməl edilmədən keçirilən toyda iştirak edən 250 nəfərin hamısı karantinə alınıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, vilayət hakimiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu yaxınlarda ölkədə yaşıl və sarı zonalara toy və digər ailə şənliklərinin keçirilməsinə icazə verilib, ancaq bu məclislərdə 30-dan artıq adam olmamalıdır.

Məlumatda deyilir ki, Surxandərya vilayəti qırmızı zonaya daxil olduğu üçün burada belə mərasimlərin keçirilməsi qəti qadağandır.

Bildirilib ki, hazırda vilayətdə karantində 4118 nəfər var.

19 iyun 2020
GO BACK