Reytinqləri darmadağın edən, “Kuaförüm Sensin” realiti-şousunun münsifi, Türkiyənin divası Bülent Ersoy reklam şirkətinin siması seçilib.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, “Yemek sepeti” markası ilə müqavilə imzalayan sənətkar alacağı qonorarla diqqət mərkəzinə düşüb.
B.Ersoyun markanın iki reklamı üçün üç milyon lirə - təxminən 746 min manat alacağı bildirilib.