Qadin.NET / Koronaviruslu xəstələr üçün ayrılan xəstəxana ilə bağlı qərar ləğv edildi

Koronaviruslu xəstələr üçün ayrılan xəstəxana ilə bağlı qərar ləğv edildi

Göyçay Rayon Mərkəzi Xəstəxanası COVID-19-la mübarizə xəxtəxanası kimi fəaliyyətini dayandırıb, əvvəlki qayda ilə xəstə qəbuluna başlayıb.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Göyçay RMX PHŞ-in direktoru Elçin Bilalov APA-ya bildirib ki, bu səhiyyə ocağı iyunun 17-də koronaviruzla mübarizə məqsədilə karantin xəstəxanasına çevrilmişdi:

"Sonra TƏBİB-də bu məsələ yenidən müzakirə edilib, Göyçay RMX-nin bölgənin ən böyük xəstəxanası olması, Göyçaydan xəstələrin uzaq məsafəyə - Ağsu, Yevlax, Mingəçevir və Kürdəmir xəstəxanalarına gedə bilməməsi, eləcə də Göyçay xəstəxanasında çalışan tanınmış həkimlərə və orada quraşdırılan müasir tibbi müayinə avadanlıqlarına görə, Göyçay və ətraf rayonlardan hər gün minlərlə xəstənin müraciət etməsi nəzərə alınaraq, Göyçay Rayon Mərkəzi Xəstəxanasının COVID-19-la mübarizə xəstəxanası kimi yox, əvvəlki qaydada fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilib.

Bu gün səhər saatlarından başlayaraq Göyçay RMX-nın kollektivi adi qaydada xəstə qəbuluna başlayıb.

19 iyun 2020
GO BACK