Qadin.NET / Kondisionerdən düzgün istifadə koronavirusu yaymır - AÇIQLAMA

Kondisionerdən düzgün istifadə koronavirusu yaymır - AÇIQLAMA

Doğru şəkildə işlədilməyən kondisionerlər uzun müddət istifadə olunarsa, infeksiya mənbəyinə çevrilə bilər.

Qadin.Net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, evdə işlədilən kondisionerlərin normal istifadəsi koronavirusa heç bir təsir etmir:

“Xəstəxanalarda xüsusi ərazilərdə istifadə olunan kondisionerlər infeksiya yaya bilər. Amma bu zaman həmin qurğulara infeksiyaya qarşı xüsusi filterlər quraşdırılır. Evdəki kondisionerlərin normal fəaliyyəti koronavirusu yaymır”.

18 iyun 2020
GO BACK