“Özəl və dövlət sektorunda çalışanlar şəxsi avtomobillərdən istifadə edə biləcəklər”.
Qadin.Net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabineti yanında operativ qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib.
L.Abdullayeva bildirib ki, bu məsələ operativ qərargahda müzakirə olunub və növbəti brifinqdə daha ətraflı məlumat veriləcək.