“Buraxılış və qəbul imtahanlarının vaxtı dəyişdiriləcək”.
Qadin.Net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabineti yanında operativ qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib.
O bildirib ki, iki həftəlik karantin rejimi ilə bağlı buraxılış və qəbul imtahanlarının vaxtı uzadılacaq:
“Ola bilər ki, yalnız Naxçıvan Muxtar Respublikasında imtahan tarixləri dəyişməsin. Amma bütün hallarda bununla bağlı keçiriləcək növbəti brifinqlərdə Təhsil Nazirliyinin nümayəndələri tərəfindən ətraflı məlumat veriləcək”.