“TƏBİB bu qədər müraciət, maarifləndirici materiallarla vətəndaşlara xitab etsə də, hələ də yas yerlərində kütləvi toplaşma hallarına rast gəlinir”.
Qadin.Net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlı bildirib ki, bu günə qədər və sonra da Azərbaycan hökuməti COVID-19-un yayılmasının qarşısının alınması üçün üzərinə düşən bütün profilaktik tədbirləri həyata keçirəcək:
“Son iki həftə ərzində tətbiq edilən məhdudiyyətlər əksəriyyət tərəfindən normal qarşılanmadı. Təəssüf ki, buna paralel olaraq, hələ də kütləvi şəkildə yas mərasimlərinə toplaşma hallarına rast gəlinir.
Bu cür vəziyyətdə vətəndaşların karantin qaydalarına laqeyd yanaşması bizdə təəssüf hissi doğurur. Etiraf etmək lazımdır ki, hələ də qaydalara ciddi əməl etməyən, xəstəliyin mövcudluğuna inanmayan vətəndaşlarımız var.
Küçədə simptomsuz və simptomları zəif olan insanlar gəzir. Bu isə ətrafdakı insanların da koronavirusa yoluxması üçün riskli mühit yaradır”.