Qadin.NET / Boğazında qalan kolbasanı çıxarmaq istədi, diş fırçasını uddu - FOTO

Boğazında qalan kolbasanı çıxarmaq istədi, diş fırçasını uddu - FOTO

Boğazında qalan kolbasadan qurtulmaq istəyərkən diş fırçasını da udub.

Qadin.Net bildirir ki, Lenta.ru-nun məlumatına görə, tragikomik hadisə Rusiya paytaxtında baş verib.

Məlumata görə, ailəsi ilə birlikdə şam yeməyi zamanı 22 yaşlı qızın boğazında yeməkdən bir hissə qalıb. O, hamam otağına keçərək diş fırçası ilə bundan qurtulmaq istəyib. Şotka yemək parçasına ilişəndə qız təsadüfən nəfəs alıb və əşyanı kolbasa parçası ilə birlikdə udub.

O, dərhal kömək istəyib, valideynləri təcili yardım çağıraraq, qızı xəstəxanaya aparıb.

Artıq həkimlər 22 yaşlı qızın qida borusundan diş fırçasını çıxara biliblər. Əməliyyat bir saat çəkib. Qız nəzarətdə olmaq şərti ilə evə buraxılıb.

17 iyun 2020
GO BACK