Klinik Anesteziologiya Mərkəzinin və İ.İ.Canelidze adına reanimasiya tədqiqat institutunun rəhbəri Vyaçeslav Afonçikov koronavirusun əlamətlərindən söz açıb.
Qadin.Net publika.az-a istinadən Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, xəstəlik 38 dərəcədə başlayır, sonra temperatur azalır və xəstə bunu adi qrip virusuna bənzətməklə bərpa əlaməti kimi qəbul edir. Ancaq həkim xəbərdarlıq edir ki, bu, doğru addım deyil:
“Sətəlcəmin 7-8-ci günündə xəstəlik baş verir və bir adamın 2-3 gün hərarəti ola bilər. Buna görə evdə oturmaq, gündə dörd dəfə temperatur ölçmək, qoxu və dad hisslərini yoxlamaq lazımdır. Yeni koronavirusun xüsusiyyətləri bunlardır.
Hesab edirəm ki, bu xəstəliyin müalicəsi torpedo atəşinə bənzəyir. Doğru məqamda müdaxilə etmək lazımdır. Əgər həbi 3-cü gün qəbul etsəniz, kömək etmir, 2 gün sonra kömək etmir. Dərman qəbul edildiyi günü dəqiq seçmək lazımdır. Və doğru anda başlanğıc düyməsini basdıqsa, virus məhv olur”.