Qadin.NET / Şon Konneri 6 mərtəbəli villasını rekord məbləğə satır

Şon Konneri 6 mərtəbəli villasını rekord məbləğə satır

Britaniyalı məşhur aktyor Şon Konneri Fransanın Nitsa şəhərindəki 6 mərtəbəli malikanəsini satışa çıxarıb.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, min kvadratmetr sahəsi olan ev Aralıq dənizinə baxan yüksəklikdə yerləşir.

Malikanədə 8 yataq otağı, trenajor zalı, 3 qonaq otağı, spa salonu, hovuz, lift və mətbəxlər var.

Villanın dəyəri isə 30 milyon avrodur (təxminən 57 milyon 618 min manat).

17 iyun 2020
GO BACK