Azərbaycanda koronavirusa yoluxduğu aşkarlanmış 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Qeyd edək ki, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4801, ötən müddət ərzində isə ümumilikdə 391 699 test aparılıb.