Qadin.NET / İggi ilk dəfə ana olduğunu etiraf etdi

İggi ilk dəfə ana olduğunu etiraf etdi

Avstraliyalı repçi İggi Azaliya şəxsi həyatı ilə bağlı etdiyi etirafla gündəmə gəlib.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, repçi ana olduğunu açıqlayıb:

"Bir oğlum var. Bunu demək üçün doğru vaxtın gəlməyini gözlədim. Nə qədər çox vaxt keçsə, o qədər çətin olmağından qorxdum. Şəxsi həyatımı gizli tutmaq istəyirəm, amma onun sirr olmadığını açıqlamaq istədim. Onu sevirəm".

Qeyd edək ki, ifaçının ötən ilin dekabrında hamilə olduğu haqda xəbərlər yayılmışdı. İggi həmin ərəfədə repçi Playboi Carti ilə sevgili idi.

16 iyun 2020
GO BACK