Qadin.NET / "Eurovision 2021” bu tarixdə keçiriləcək

"Eurovision 2021” bu tarixdə keçiriləcək

“Eurovision” mahnı müsabiqəsinin gələn il keçiriləcəyi tarixlər müəyyənləşib.

Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, Rotterdamda keçiriləcək mahnı müsabiqəsinin yarımfinalları mayın 18 və 20-də, finalı isə mayın 22-də baş tutacaq.

Müsabiqənin rəsmi saytında bildirilib ki, bu ilin mahnıları 2021-ci ildə təqdim edilə bilməz.

Qeyd edək ki, sözügedən müsabiqə koronavirus pandemiyasına görə təxirə salınmışdı.

15 iyun 2020
GO BACK