Qadin.NET / 400 milyon dollarlıq mirası ala bilmirlər

400 milyon dollarlıq mirası ala bilmirlər

İtalyan moda evi “Fendi”nin və fransız “Chanel” markasının baş dizayneri Karl Lagerfeld 2019-cu ilin fevralında vəfat etsə də, varisləri hələ də mirasa qovuşa bilmir/

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, modelyerin birbaşa varisləri olmayıb. Heç zaman evli olmayan homoseksual modelyer bütün sərvətini pişiyinə buraxmaq istədiyini və qanuni olsaydı, Şupetlə evlənmək istədiyini bildirmişdi. Lakin qanun buna imkan verməyib, çünki sərvətin heyvanlara verilməsi barədə qanun yoxdur. Odur ki, mirasın yalnız bir hissəsi pişiyə keçib, qalanı dizaynerin muzaları adlandırdığı modelləri arasında bölünüb. Ancaq sahibləri yenə də miraslarını ala bilməyib.

“Daily Mail”in yazdığına görə, Lagerfeldin mühasibi müəmmalı şəkildə yoxa çıxıb. Vəsiyyətnamədə yeddi nəfərin adı var.

Etiket vurmağı sevmirəm deyən modelyer muzaları haqqında fikirlərini belə ifadə etmişdi: “Heç bir ailəm yoxdur. Ona görə də problemsiz oğulların olması yaxşıdır”.

Qeyd edək ki, dünya şöhrətli modelyerin mirası 400 milyon funt sterlinq qiymətləndirilir.

15 iyun 2020
GO BACK