Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusla mübarizədə antibiotikdən istifadənin zərərlli olduğunu açıqlayıb.
Qadin.Net Türkiyə mətbuatına istinadla xəbər verir ki, ÜST-ün sədri Tedros Adanom Qebreyesus bildirib ki, getdikcə artan bakterial infeksiyalar daha öncə onları müalicə etmək üçün istifadə edilən dərmanlara qarşı əks təsir göstərir:
"Koronavirus infeksiyası antibiotik istifadəsinin artmasına səbəb olub. Bu, yalnış addımdır. Vəziyyətin yaratdığı bakterial müqavimət epidemiyadan sonra ağır yükə səbəb olacaq".