Aktrisa Özge Özder “Mucize Doktor” serialından öz istəyi ilə ayrılmadığını, heyət tərəfindən çıxarıldığını qeyd edib.
Qadin.Net Türkiyə mətbuatına istinadən xəbər verir ki, koronavirus pandemiyasından dolayı dayandırılan serialın çəkilişlərinə yenidən başlayıb. Lakin aktrisanın layihədən uzaqlaşdırılmasına qərar verilib. Özge Özder bundan dolayı çox üzgün olduğunu dilə gətirib.