TƏBİB əhaliyə COVID-19 infeksiyasının qarşısının alınması üçün müraciət edib.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, müraciətdə bildirilir ki, hər kəs müəyyən qaydalara əməl etməklə, COVID-19 infeksiyasının qarşısının alınmasına kömək edə bilər:
“Bunun üçün insanlar məsuliyyətli olmalıdırlar. Gigiyenik qaydalara riayət edilməli, tibbi maskadan istifadə olunmalı, sosial məsafə gözlənilməlidir. Sosial məsafə insanın özü ilə başqaları arasında qoyulan 2 metr məsafədir”.